2022-ci ilin yanvar-may aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 870,4 milyon manatlıq ($512 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə əməliyyatların həcmi 2 dəfə artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 204,7 milyon manat, fevral ayında 186,5 milyon manat, mart ayında 158,5 milyon manat, aprel ayında 136,6 milyon manat, may ayında 184,1 milyon manat təşkil edib.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.*
B.Rüstəmbəyov