Prezident İlham Əliyev Xəqani Tağıyevin Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bundan başqa, Tural Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.
Sərəncama əsasən, Mustafa Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.
Eyni zamanda, Kənan Hüseynov, Zaur Hüseynov, Zaman İmanov, Gündüz Şirinov və Cavid Tağıyev də Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər.
Sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
E.Şəfiyev