Azərbaycanda koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 416-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 29 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl səkkiz gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 333 nəfər (sutka ərzində +35) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 200 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 98 (ötən gün 2 min 653 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 968 min 836 test aparılıb.*
R.Kərimov