Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə yaxın günlərdə İrana səfər edəcək. Bu barədə İranın “Fars News” agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun Hüseyn Əmir Abdullahian, ölkə prezidenti İbrahim Rəisi və digər rəsmilərlə görüşləri planlaşdırılır.
Azərbaycan XİN 2022-ci il mayın 14-də Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında baş tutmuş telefon danışığının yekunları üzrə nazirin İrana səfər edəcəyi barədə məlumat yaymışdı. Səfərin nə zaman həyata keçiriləcəyi açıqlanmamışdı.*