Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də Tehrana səfər edəcək. Bu barədə “Mehr” agentliyi İran mətbuatına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşü planlaşdırılıb. Görüşdə tərəflər Azərbaycan-İran münasibətlərini, ikitərəfli əməkdaşlığın gələcək inkişafını və regionda baş verən son hadisələri müzakirə edəcəklər.
İranın “Fars News” agentliyinin ötən gün yaydığı məlumata görə, XİN rəhbərinin Hüseyn Əmir Abdullahian ilə yanaşı, ölkə prezidenti İbrahim Rəisi və digər rəsmilərlə də görüşləri planlaşdırılıb.
Azərbaycan XİN 2022-ci il mayın 14-də Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında baş tutmuş telefon danışığının yekunları üzrə nazirin İrana səfər edəcəyi barədə məlumat yaymışdı. Səfərin nə zaman həyata keçiriləcəyi açıqlanmamışdı.*
R.Kərimov