Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkonu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “BELTA”ya istinadən xəbər verir.
“Qardaş xalqlarımız arasında tarixən formalaşmış möhkəm dostluq və qarşılıqlı dəstək tellərinə söykənərək, Azərbaycan Belarusla dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verir”, - deyə dövlət başçısının təbrik məktubunda bildirilir.
İ.Əliyev vurğulayıb ki, ölkələrimizin sıx qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur. “Əminəm ki, Azərbaycan-Belarus çoxplanlı əməkdaşlığı birgə səylərlə xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da yüksələn xətlə inkişaf edəcək”, - deyə Azərbaycan Prezidenti qeyd edib.*
E.Şəfiyev