“Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) publik hüquqi şəxs 2022-ci il dövlət büdcəsindən 163 milyon manat vəsait alacaq.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu məbləğ Prezident İlham Əliyevin iyulun 4-də “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna təsdiq etdiyi dəyişikliklərdə nəzərdə tutulub.
Büdcə materiallarında bu vəsaitin xərclənəcəyi istiqamətlər göstərilmir.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 11-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb. Fondun vəzifələrinə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının dəstəklənməsi, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi daxildir.*
R.Əhmədov