Azərbaycan hökuməti 2022-ci il dövlət büdcəsində sosial-iqtisadi islahatlar və digər tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan xərcləri 48,4% artırır.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 4-də “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, 2022-ci ildə sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 595 milyon 700,897 min manat, o cümlədən mərkəzləşdirilmiş xərclər 582 milyon 865,808 min manat təşkil edəcək.
Bununla belə, sənəddə qeyd olunan maddə üzrə xərclərin istiqamətləri konkretləşdirilmir.
Daha əvvəl 2022-ci il dövlət büdcəsinin sosial-iqtisadi və digər tədbirlər üzrə xərcləri 401 milyon 279,819 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 388 milyon 496,268 min manat məbləğində təsdiqlənmişdi.*
R.Əhmədov