2022-ci ilin I rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 810,144 min ton yük daşıyıb ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
I rübdə tranzit yükdaşımaların həcmi 1 milyon 424,559 min ton (artım 10,8%) təşkil edib.
Yanvar-mart aylarında 13,763 min TEU konteyner (artım 5,9%) daşınıb.
2021-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 15 milyon 57,6 min ton yük daşınıb ki, bu da 2020-ci ilin göstəricisindən 2,9% çoxdur. Tranzit yükdaşımaların həcmi 4 milyon 584,5 min ton (artım 11%) təşkil edib. Ötən il 46,899 min TEU konteyner (azalma 5,3%) daşınıb.*
B.Rüstəmbəyov