Prezident İlham Əliyev “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,4 milyon manat ayrılır.*
E.Şəfiyev