“Azərsu” ASC Şağan və Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə 12 milyon 44,124 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “Bakımexanizasiyanəqliyyat və Mühəndis Tikinti Layihə” BM ilə müvafiq müqavilə bağlanıb.*
B.Rüstəmbəyov