“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 25-dən başlayaraq Bakıdan Özbəkistanın paytaxtına uçuşların sayını həftədə 3 dəfəyədək artıracaq. Bu barədə aviadaşıyıcının məlumatında deyilir.
Qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Hazırda bu istiqamətdə reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetirilir.
Biletləri aviadaşıyıcının saytında və kassalarda əldə etmək mümkündür.*