Azərbaycanla Özbəkistan arasında Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Sənəd Özbəkistan Respublikasının paytaxtı Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində imzalanıb.
Yol Xəritəsini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayev imzalayıb.
“Yol Xəritəsində iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov