Ağdam Sənaye Parkında layihələrin həyata keçirilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə nazir Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur. “Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, - deyə M.Cabbarov vurğulayıb.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır.*
B.Rüstəmbəyov