Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 4-də Polşa Milli Bankının sədri Adam Glapinski ilə görüş keçirib. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Dünən İsveçrəyə işgüzar səfər çərçivəsində Polşa Milli Bankının sədri Adam Glapinski ilə görüşdük. Görüş zamanı Azərbaycan və Polşa Mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsini və gələcək istiqamətlərini müzakirə etdik”, - deyə o, Twitter hesabında yazıb.*
X.Nəsirzadə