Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyanı təkzib edib.
Nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Azərbaycan Ordusu Ermənistanla sərhəddə atəş açmayıb.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır”, - deyə məlumatda vurğulanıb.*
X.Nəsirzadə