İyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışı olub. Bu barədə nazirliyin məlumatında deyilir.
“Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək”, - deyə məlumatda bildirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzin açılışında iştirak edib.
Mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.*
X.Nəsirzadə