Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7419 manat/1EUR səviyyəsində (iyulun 5-nə 1,7744 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0266 manat/1RUB səviyyəsində (iyulun 5-nə 0,0302 manat/1RUB) müəyyən edib.
İyulun 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0998 manat/1TRY səviyyəsində (iyulun 5-nə 0,101 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə