Dövlət Vergi Xidməti(DVX)bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər üzrə danışıqlar aparır. Bunu DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
“Bu günə qədər 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb. Hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür”, - deyə O.Musayev “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlayıb.*
R.Əhmədov