İqtisadiyyat Nazirliyinə Qarabağ və Şərqi Zəngəzurda layihələrlə bağlı 1,2 minə yaxın müraciət daxil olub. Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
“İqtisadiyyat Nazirliyinin nəzdində Qarabağ və onun inkişafı məsələləri ilə bağlı təklif və müraciətləri qəbul edən xüsusi ofis yaradılıb. Müraciətlərin sayı 1,2 minə yaxınlaşıb. Müraciətlərin 400-ə yaxını xarici ölkələrin şirkətlərindən daxil olub. Onlardan 100-ə yaxını isə Türkiyə şirkətləridir”, - deyə o, Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”nun xüsusi sessiyasında bildirib.
Y.Abdullayev əlavə edib ki, Azərbaycanla Türkiyə arasında biznes əlaqələrinin genişləndirilməsi çərçivəsində 2022-ci ilin payızında Türkiyənin bir neçə şəhərində “Investment roadshow” tədbirinin keçirilməsi planlaşdırılır.*
X.Nəsirzadə