Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektlərinin müzakirəsini davam etdiriblər. “Xüsusilə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpası ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*