Türk Dövlətləri Təşkilatının (TDT) investisiya fondunun ilkin nizamnamə kapitalı $350 milyon təşkil edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki, fondun nizamnamə kapitalı TDT-nin üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bərabər payları əsasında formalaşacaq.
İyulun 5-6-da İstanbulda “TDT-nin investisiya fondunun təsis edilməsi haqqında” saziş layihəsinin hazırlanmasına həsr olunmuş növbəti iclas keçirilib.
İnvestisiya fondunun yaradılmasında məqsəd regiondaxili ticarətin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dəstəklənməsi yolu ilə TDT-yə üzv ölkələrin iqtisadi inkişafına yardım etməkdir.
Saziş layihəsi sənədin imzalanmağa hazırlanması məqsədilə dövlətdaxili prosedurların həyata keçirilməsinə yönəldiləcək.*
R.Əhmədov