Daşkənddə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.
İyulun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov arasında baş tutmuş telefon danışığı zamanı sözügedən görüşün keçirilməsi müzakirə edilib.
“Nazirlər qarşıdan gələn tədbirlərin qrafikini, o cümlədən Daşkənd şəhərində Özbəkistan-Azərbaycan-Türkiyə formatında üçtərəfli görüşün təşkilini razılaşdırıblar”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Özbəkistan XİN-ə istinadən xəbər verir.
Bundan başqa, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin aktual məsələlərini ətraflı müzakirə ediblər.*
R.Əhmədov