Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişi ilə bağlı danışıqlarda xüsusi irəliləyişin olmadığını bəyan edib.
“Ermənistanla sülh sazişi ilə bağlı danışıqlarda xüsusi irəliləyişin olduğunu deməzdim, amma müəyyən mesajlar var, diskussiyalar gedir”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətində hələ də revanşist çağırışlar var, ancaq fərqli fikirlər də mövcuddur.
“Lakin biz hesab edirik ki, bu kontekstdə Ermənistan cəmiyyətində müəyyən dəyişikliklər baş verib. Fikrimcə, hər kəs anlamalıdır ki regionda davamlı sülh və inkişaf üçün alternativ yoxdur”, - deyə C.Bayramov əlavə edib.*
B.Rüstəmbəyov