Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Dəyişikliyə əsasən, iqtisadiyyat naziri komissiyanın həmsədri təyin edilib.
Prezidentin digər sərəncamı ilə xarici işlər naziri Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilir. Bundan əvvəl komissiyaya iqtisadiyyat naziri başçılıq edirdi.*
B.Rüstəmbəyov