“Azərenerji” ASC 330 kV “Cənub Elektrik Stansiyası - Ələt Günəş-Elektrik Stansiyası” Elektrik Veriliş Xəttinin tikilməsi və elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender elan edir.
Tenderdə iştirak haqqı 2 min manatdır.
İddiaçılar ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirmə və tikintisi işləri təcrübəsinə malik olmalarına dair təsdiqedici sənədlər, eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum 15 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim etməlidirlər.
Həmçinin iddiaçı şirkətlər elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübələri olmaları barədə təsdiqedici sənədlər; çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər təqdim etməlidirlər.
Tender təklifləri 29 avqust saat 15:00-dək qəbul olunur. Təkliflər 30 avqust saat 15:00-da açılacaq.*
B.Rüstəmbəyov