“Kapital Bank” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir sıra nağdsız əməliyyatların həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması üzrə elan etdiyi tenderin qalibi olub.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilə çərçivəsində “Kapital Bank” Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə bank xidmətləri göstərəcək.
Sözügedən xidmətlərə görə “Kapital Bank”a 8 milyon 932,644 min manat ödəniləcək.*
R.Əhmədov