2022-ci ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 9% artaraq 2 milyard 806 milyon manat təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
DSMF-nin sosial sığorta daxilolmalarında 12% artım olub.
Yanvar-iyun aylarında Fondun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 2 milyard 591 milyon manat təşkil edib.
DSMF-nin 2022-ci il üçün kəsirsiz büdcəsi 5 milyard 606 milyon 269,569 min manat məbləğində təsdiqlənib.*
B.Rüstəmbəyov