“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib.
“Bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrəstandart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur. Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır”, - deyə ADY-nin məlumatında bildirilir.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarı 2018-ci il dekabrın 30-dan istifadəyə verilib. 4 vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer. Qatarın sürəti saatda 100-140 km-dir.*
B.Rüstəmbəyov