Prezident İlham Əliyev iyulun 8-də “Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, sözügedən avtomobil yolununun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,1 milyon manat ayrılır.
Avtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.*
B.Rüstəmbəyov