Dövlət Vergi Xidməti (DVX) “LUKOIL Azerbaijan Midstream” MMC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Şirkət 2022-ci il mayın 25-də qeydiyyata alınıb və nizamnamə kapitalı 10 min manatdır.
Cəmiyyətin qanuni təmsilçisi Elnur Qurbanovdur.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur. Şirkət “Şahdəniz” yatağının işlənməsi (19,99% pay) və “Shallow Water Absheron Peninsula” (SWAP) layihələrində (25% pay) iştirak edir, həmçinin 19,99% payla Cənubi Qafqaz Boru Kəməri layihəsinin səhmdarıdır.*
N.Abbasova