Azərbaycanda koronavirus infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 605-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 40 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 719 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 576 nəfər (sutka ərzində +26) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 310 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 870 (ötən gün 2 min 348 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 981 min 903 test aparılıb.*