“Fitch Solutions” (Fitch Group-a daxildir) 2022-ci ildə Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozu 3,4%-dən 5,1%-ə yüksəldib. Bu barədə “Fitch Solutions”ın məlumatında deyilir.
Proqnozun yaxşılaşdırılması dünya bazarında neftin qiymətinin yüksək olması ilə əlaqədardır.
“Nominal əməkhaqqının artım tempi inflyasiya səviyyəsini üstələyir və bununla əlaqədar daxili tələbin yaxın aylar ərzində yüksək olaraq qalacağı ehtimal olunur”, - deyə “Fitch Solutions”ın analitikləri hesab edirlər.*