Azərbaycanda koronavirus infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 695-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 59 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, ölkədə COVID-19-a sutkalıq yoluxma sayı 52,5%-dək artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 719 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 609 nəfər (sutka ərzində +33) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 367 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 157 (ötən gün 1 min 870 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 984 min 60 test aparılıb.*
R.Kərimov