İstanbul-Seul reysini həyata keçirən Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarə mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakıya eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məumat verilib.
““Airbus A330” təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb”, - deyə məlumatda bildirilir.
Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
“Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov