“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva reysini yerinə yetirən təyyarə hava limanına geri qayıdıb. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. “Airbus A340” təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib”, - deyə məlumatda bildirilir.
Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.*
R.Kərimov