Azərbaycanda koronavirus infeksiyasına 37 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 732-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 90 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, ölkədə COVID-19-a sutkalıq yoluxma sayı iki dəfədən çox - 2,4 dəfə azalıb.
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 719 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 644 nəfər (sutka ərzində +35) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 369 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 18 (ötən gün 2 min 157 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 986 min 78 test aparılıb.*
R.Kərimov