“UTair” aviaşirkəti Moskvadan Gəncə şəhərinə həftənin çərşənbə axşamı və şənbə günləri əlavə reyslər açıb, bununla da bu marşrut ilə reyslərin sayı 5-dək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi aviadaşıyıcının saytına istinadən məlumat verir.
Əvvəl aviaşirkət bu istiqamətdə həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri uçuşlar yerinə yetirib.
“Bu il Azərbaycana reyslərin sayını artırdıq. Şirkətin cədvəlində Moskvadan Gəncə və Naxçıvana, Qroznı, Moskva, Sankt-Peterburq, Surqut, Tümen və Ufa şəhərlərindən Bakıya birbaşa marşrutlar var”, - məlumatda “Utair – Sərnişin hava xəttləri” şirkətinin prezidenti Oleq Semyonovun sözlərindən sitat gətirilir.
“Yandeks- cədvəl”in məlumatına görə, həmçinin “İrAero” aviaşirkəti həftədə iki dəfə Moskvadan Gəncəyə uçuşlar yerinə yetirir.
“UTair” RF-nin ən iri aviaşirkətlərinin onluğuna daxildir. **