Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bəyan edib ki, Aİ azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana əlavə 4,25 milyon avro ayırır.
“Ən böyük donor kimi Aİ “ANAMA-nın Potensialının Gücləndirilməsi vasitəsilə məcburi köçkünlərin təhlükəsiz qayıtmasına dəstək” layihəsi çərçivəsində Azərbaycana minatəmizləmənin dəstəklənməsi üçün (Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərdə - İF) əlavə 4,25 milyon avro ayıracaq”, - Klaar öz Twitter hesabında yazıb. **
R.Əhmədov