Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat yayıb.
“İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.*
B.Rüstəmbəyov