İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, ümumi sahəsi 3,3 min kvadratmetr olan inzibati binasının əsaslı təmirinə 4,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verib ki, "Orn Group" MMC ilə 4 milyon 144,71 min manat məbləğində müvafiq müqavilə bağlanıb. **
B.Rüstəmbəyov