Azərbaycanda koronavirus infeksiyasına 91 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 918-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 63 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, ölkədə COVID-19-a sutkalıq yoluxma sayı 44,4% artıb.
Ardıcıl altı gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 719 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 769 nəfər (sutka ərzində +66) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 430 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 878 (ötən gün 1 min 967 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 991 min 514 test aparılıb.**
R.Kərimov