Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri zamanı Azərbaycan və Gürcüstanın dörd şəhəri - Şəmkir və Marneuli, Ağstafa və Qardabani, Göygöl və Bolnisi, həmçinin Daşkəsən və Dmanisi arasında anlaşma memorandumları imzalanıb. Həmin memorandumlara əsasən, bu şəhərlər qardaşlaşır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində məlumat verib.
“Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir”, - nazir yazıb.
O əlavə edib ki, Kvemo Kartli regionunun qubernatoru ilə görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrinin inkişafına faydaları və perspektivlər barədə fikirləri bölüşüblər. **
R.Kərimov