Müdafiə Nazirliyi çərşənbə günü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.
“İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
Nazirlikdən bildirilir ki, “Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”. **
R.Kərimov