2022-ci ilin I yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 13 milyard 520,5 milyon kVt/st təşkil edib. Bunu energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
“Hesabat dövründə su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 milyon kVt/st (və ya 21,4%) artımla 1 milyard 162,7 milyon kVt/st elektrik enerjisi istehsal edilib. Bu ilin yanvar-iyun aylarında ölkənin elektrik enerjisi ixracı 664.1 milyon kVt/st, idxalı isə 71,1 milyon kVt/st olub.*
N.Abbasova