Azərbaycan Ordusunun əsgərinin ölümü ilə əlaqədar Hərbi prokurorluqda cinayət işi başlanıb.
“İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb”, - deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hazırda istintaq aparılır.*
E.Şəfiyev