Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 2 milyard 539 milyon 750,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-iyun aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 38 milyon 235,4 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 24,6% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 797 milyon 834,4 min manat (artım 30%), aksizlər üzrə 69 milyon 916,4 min manat (azalma 10,2%), yol vergisi üzrə 28 milyon 698,1 min manat (artım 38,3%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 638 milyon 310,7 min manat (artım 14,5%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,605 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov