Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarusda rəsmi səfərdədir.
“Səfər çərçivəsində Azərbaycan hərbçiləri belaruslu həmkarları ilə danışıqlar aparıb, hər iki ölkənin Silahlı Qüvvələrinin maddi-texniki təminatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub”, - deyə “BELTA” agentliyi Belarus Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin Belarusa səfəri iyulun 16-da başa çatacaq.
“Bu səfər Azərbaycan tərəfi ilə qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişafını davam etdirməyə və əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə etməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə