Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7052 manat/1EUR səviyyəsində (iyulun 14-nə 1,704 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0282 manat/1RUB səviyyəsində (iyulun 14-nə 0,0281 manat/1RUB) müəyyən edib.
İyulun 15-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0973 manat/1TRY səviyyəsində (iyulun 14-nə 0,0974 manat/1TRY) müəyyən edilib.**