2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik xam neft hasilatı 523,5 min barel (may ayında 571,3 min barel) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub. Bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib”, - nazirlikdən qeyd edilir.
İyunda OPEC+ razılaşması çərçivəsində Azərbaycanın kvotası 696 min barel təşkil edib.
Beləliklə, Azərbaycan iyunda OPEC+ razılaşmasını 133% yerinə yetirib.
Xəbər verildiyi kimi, 2022-ci il 5 may tarixində keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu. **
N.Abbasova